1 dəq oxu
İlk IT işi: CV-də ən çox edilən 5 səhv
Junior vakansiyasına yüzlərlə CV gəlir. İşəgötürən hər birinə 30 saniyə baxır. Bu 30 saniyədə nə görməlidir?

1. Layihə yox, siyahı
"HTML, CSS, JavaScript, React" hər CV-də var. İşəgötürən nə qurduğunu görmək istəyir: layihənin linki, nə etdiyin, hansı problemi həll etdiyin.
2. İki səhifədən uzun CV
Junior üçün bir səhifə kifayətdir. Məktəb olimpiadaları və aidiyyəti olmayan iş təcrübəsi yer tutur.
3. GitHub boşdur
Link verirsənsə, içində ən azı 2–3 səliqəli layihə olsun. README-siz repo bağlı qapı kimidir.
4. Hər vakansiyaya eyni CV
Vakansiyada yazılan tələbləri oxu və CV-ni ona görə düzəlt. Bu 15 dəqiqə çəkir.
5. Əlaqə məlumatı səhvdir
Gülməli görünür, amma olur: köhnə nömrə, işləməyən e-poçt. Göndərməzdən əvvəl yoxla.
Müsahibə məşqi əsl müsahibədən əvvəl ən faydalı bir saatdır: səhvi orada etmək pulsuzdur.


